Ölkə futbolu

Əfran İsmayılovdan ayrılıq siqnalı: “Yayda “İnter”dən gedəcəm”

“Hazırlıq normal şəkildə davam edir. Çempionatın digər bölümünə ciddi hazırlaşırıq. Bilirik ki, həlledici oyunlar gözləyir bizi. Ona görə də ilk olaraq zədədən qorunaraq, maksimum gücümüzü ortaya qoymağa çalışırıq”.

Bu sözləri idmanxeber.com-a “İnter”in yeni transferi Əfran İsmayılov deyib.

Komandaya yenicə qoşulan və mövsümün sonuna kimi komandayla müqavilə imzalayan yarımmüdafiəçi yayda “İnter”i tərk edəcəyini bildirib:

“Sxadadzeyə görə mən “İnter”ə gəldim. Ümumiyyətlə mənim müqaviləm yaya kimidi. Burda qalacağım real görünmür. Həm də Sxadadze “İnter”dən ayrılır. Böyük ehtimalla yayda “İnter”i başqa bir kluba dəyişəcəm”.

Səxavət Qurbanov, Antalya



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43