Dünya futbolu

Əfsanəvi futbolçu karyerasını bitirdi

İngiltərənin aşağı dəstə təmsilçisi “Baret”in oynayan məşqçisi Edqar Davids karyerasını bitirib.

Onun dediklərinə görə, buna səbəb hakimlər olub. Belə ki, Davidsə referilər bu mövsüm 3 qırmızı vərəqə göstərib.

Qeyd edək ki, əfsanəvi futbolçu vaxtilə “Milan”, “Ayaks”, “İnter” və “Barselona” kimi klublar üçün tər töküb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43