Dünyadan

“Əgər Kosta Rikaya qalib gəlsək, İngiltərə kraliçasının məni öpməsini istəyərdim”

İtaliya millisinin hücumçusu Mario Balotelli “Twitter” hesabından İngiltərənin mundialdakı uğursuz çıxışına özünəməxsus şəkildə münasibət bildirib.

İdmanxeber.com-un məlumatına görə, “Milan”ın forvardı sosial şəbəkədə bunları qedy edib:

“Əgər Kosta Rikaya qalib gəlsək, İngiltərə kraliçasının məni yanağımdan öpməsini istəyərdim”.

Qeyd edək ki, əgər Kosta Rika İtaliya millisindən xal alsa, o zaman ingilislərin qrupdan çıxma şansları qalmayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43