Ölkə futbolu Premyer Liqa

Əhmədovun çin olmayan arzusu: “Mən 9 xal fikirləşmişdim”

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının 3-cü turunda “Zirə” ilə oyundan (1:1) sonra mətbuat konfransı keçirib. 

– Maraqlı oyun keçdi. İlk hissəni biz, ikinci hissəni rəqib yaxşı oynadı. Birinci hissədəki qol epizodlarından yararlana bilsəydik, fərqli olardı. Rəqibi ikinci hissədə irəlidə qarşılamaq istədik, çatdıra bilmədik.

– 3 xalı müdafiə futbolu oynadığınız üçün itirdiyinizi düşünmürsünüz? Ozan Canın əvəzinə Abbası meydana buraxmağınız nə dərəcədə doğru idi?

– Ozan Canı dəyişmək planım yox idi. Sadəcə, zədəsi oldu. Rəşad Eyubovu əvəzləməyi düşünürdüm. Ancaq Ozanın zədələnməsi planımızı dəyişdi. Müdafiəyə çəkilmək mənim istəyim deyildi. Sadəcə, uşaqlarda həyəcan var idi. Rəqibin də haqqını yemək olmaz.

– İlk hissədə inamlı oyunu göstərə bilməməyinizin səbəbini nə ilə izah edə bilərsiniz?

– İkinci hissənin əvvəlindəki penalti oyunçularda həyəcan yaratdı. Mənim istəyim irəlidə təzyiq etmək idi.

– 3 tura 2 xal planlarınıza uyğundurmu?

– Xeyr. Mən 9 xal fikirləşmişdim.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43