Dünya futbolu

“Əjdahalar”dan tarixi qeyd

Uels millisi Avropa çempionatının tarixinə düşüb.

İdmanxeber.com-un məlumatına görə, Belçika üzərində qələbə qazanaraq yarımfinala yüksələn Uels dünya və Avropa çempionatları tarixində 4 ən güclü sırasına düşən ən kiçik ölkə (əhali sayına görə) kimi fərqlənib.

 

3 milyon əhalisi olan heç bir ölkənin milli komandası DÇ və AÇ-lərdə yarımfinal mərhələsinə kimi yüksəlməyib. 

 

Uels həm də son 20 ildə AÇ-nin yarımfinalına yüksələn ilk Böyük Britaniya təmsilçisidir. 

 

mənbə: goal.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43