Kateqoriyasız

Əliyar Ağayev növbəti dəfə Superliqa matçına təyinat aldı

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev yenidən Yunanıstan Superliqasının vacib oyununa təyinat alıb.

İdmanxeber.az-ın məlumatına görə, referimiz bu dəfə 18-ci turda keçiriləcək “Panatinaikos” – PAOK oyununu idarə edəcək. Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.

Xatırladaq ki, bu hakimlərimiz ötən mövsüm, fevralın 2-də keçirilən “Panatinaikos” – PAOK matçını (2:0) da idarə ediblər. Bundan başqa, Əliyar Ağayev 2019-cu ilin mart ayında Superliqada PAOK – “Atromitos” matçına da təyinat almışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43