İdman

Əliyar Ağayevdən ÇL matçında 8 sarı vərəqə

Azərbaycanlı hakimlər UEFA Çempionlar Liqasında daha bir oyun idarə ediblər.

Idmanxeber.com-un məlumatına görə, Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadamız Buxarestdə baş tutan “Styaua” (Rumıniya) – “Viktoriya” (Çexiya) görüşündə iş başında olublar. 4 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib – 2:2.

Ağayev bu görüşdə 8 dəfə sarı vərəqəyə əl atıb. Bunlardan üçü meydan sahiblərinə, beşi isə qonaqlara göstərilib.

Əliyara bu qarşılaşmada yan xətt hakimləri Zeynal Zeynalovla Rza Məmmədov kömək edib. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43