Kateqoriyasız

Əliyar Ağayevin ÇL-də idarə etdiyi oyunda 1 penalti, 1 qırmızı vərəqə

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Çempionlar Liqasının III təsnifat mərhələsinin az öncə başa çatan “Zalsburq” – “Şkendiya” matçını idarə edib.

İdmanxeber.az-ın məlumatına görə, gənc hakimimizin idarə etdiyi görüş avstriyalıların böyükhesablı qələbəsi ilə başa çatıb – 3:0.

Ə.Ağayev bu oyunda meydan sahiblərindən Yunuzoviçi qırmızı vərəqə ilə cəzalandıraraq meydandan qovub. O, həm də avstriyalıların lehinə bir penalti təyin edib.

Qeyd edək ki, Ağayevə bu görüşdə yan xətt hakimləri Zeynal Zeynalov və Rza Məmmədov kömək edib. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43