Ölkə futbolu

Əliyar Ağayevin idarə etdiyi matçda mərhələ adlayan ruslar oldu

Dünən Avropa Liqasındakı “Krasnodar” (Rusiya) – “Birkirkara” (Malta) oyununu azərbaycanlı FİFA referisi Əliyar Ağayev idarə edib.

İdmanxeber.com-un məlumatına görə, bu görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib.

İlk oyunda da səfərdə 3:0 hesabıyla qalib gəlmiş Rusiya təmsilçisi Avroliqanın pley-off mərhələsinə vəsiqə qazanıb.

 

Ağayev cavab görüşündə meydan sahiblərinin bir, qonaqların üç futbolçusuna sarı vərəqə göstərib. Azərbaycanlı referi 90+1-ci dəqiqədə maltalıların qapısına penalti də təyin edib. Lakin “Krasnodar”ın futbolçusu bu şansdan yararlana bilməyib.

 

Qeyd edək ki, Əliyar Ağayevə bu oyunda yan xətt hakimləri Zeynal Zeynalovla Rza Məmmədov, eləcə də dördüncü hakim Rauf Cabbarov kömək edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43