Ölkə futbolu

​”Bakı” Rəhman Hacıyevlə problemini həll etdi: qaldı Novruzov

“Bakı” klubu futbolçu Rəhman Hacıyevlə yollarını rəsmən ayırıb.

İdmanxeber.com-un məlumatına görə, bu barədə  klubun vitse-prezidenti Yaşar Seyidov məlumat verib.

Onun sözlərinə görə, 22 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər nəzərdə tutulan anlaşmaya qarşılıqlı razılıq əsasında xitam verilib. Klub rəsmisi R.Hacıyevin istədiyi komandada çıxışı üçün heç bir problemin qalmadığını vurğulayıb: “Rəhman və meneceri irəli sürdüyümüz bütün şərtlərlə razılaşdı. Müvafiq sənədlər imzalandı. Biz eyni addımı komandamızın məşqlərinə qatılmayan və Klublar Komitəsinin qərarına istehza ilə yanaşan Nurlan Novruzovdan da gözləyirik”.

Qeyd edək ki, Rəhman Hacıyev Nurlan Novruzovla birgə bir neçə gündür “Bakı”nın qış hazırlığına qatılmırdı. Onun sərbəst agent statusu aldıqdan sonra “Neftçi”yə keçəcəyi gözlənilir. (Report.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43