Dünya futbolu

“2-ci Bundesliqa üçün bütün keyfiyyətləri var” – Foqts milli üzvü haqda

Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqts yığma üzvü Rüfət Dadaşov haqda danışıb.

O, “Bild”ə açıqlamsında hazırda 3-cü liqa təmsilçisi “Proyssen”də çıxş edən hücumçunun 2-ci Bundesliqada oynamaq üçün bütün keyfiyyətlərə sahib olduğunu deyib:

“Rüfətdə 2-ci Bundesliqada oynamaq üçün bütün keyfiyyətlər var. O, topu yaxşı idarə edir və hədəfin harada olduğunu bilir. Siz Rüfəti hər zaman daha yaxşı oynamasına təşviq etməlisiniz. Onunla işləmək mənim üçün çox əyləncəli idi”.

Foqts Dadaşovun 4 ildən sonra milliyə qayıtmağına sevindiyini söyləyib: “Bu, Rüfəti daha da gücləndirir. “Proyssen” bundan xeyir götürəcək”.

Dadaşovu milliyə ilk dəfə 2013-cü ildə məhz Berti Foqts çağırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43