Milli komanda

2016-cı ilə məğlubiyyətlə başladıq

Bu gün milli komandamız 2016-ci ildə ilk matçına çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Prosineçkinin rəhbərlik etdiyi milli komandamız yoldaşlıq görüşündə Qazaxıstan yığması ilə qarşılaşacaq. 

Türkiyənin Antalya şəhərində baş tutacaq oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, Qazaxıstan yığması FİFA-nın son açıqlanan reytinq cədvəlində 125-ci yeri tutur. Azərbaycan isə  112-ci pillədə qərarlaşıb.

26 mart

Yoxlama oyunu

19:00. Azərbaycan – Qazaxıstan 0:1
Qol: Beysebekov 8.

Hakimlər: Ali Palabıyık, Ceyhun Səsigözəl, Kərəm Ersoy, Halil Umut Meler.

Antalya. "Qloriya Sports Arena".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43