Dünyadan

25 yaşlı idmançı faciəvi şəkildə öldü

Belçikada keçirilən velosiped yarışı faciə ilə başa çatıb.

İdmanxeber.com-un məlumatına görə, Gent şəhərindən start götürən yarış sonucunda “Wanty-Groupe Gobert” komandasının 25 yaşlı idmançısı Antoine Demoitiye idarəetməni itirərək velosipedindən yerə yıxılıb. Bundan sonra arxadan gələn digər idmançı ilə toqquşan velosipedçi ağır şəkildə xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsinə rəğmən Demotiyeni həyata qaytarmaq mümkün olmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43