Dünyadan

SON DƏQİQƏ: “Qalatasaray” – “Fənərbağça” derbisinin keçiriləcəyi tarix açıqlandı

“Qalatasaray” – “Fənərbağça” derbisinin keçiriləcəyi tarix açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, martın 20-də keçirilməli olan derbi İstanbul valiliyinin müraciətindən sonra təxirə salınmışdı.

Mümkün terror təhlükəsi səbəbindən təxirə salınmış qarşılaşma aprelin 13-də keçiriləcək. Oyunun başlama saatı hələlik bəlli deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43