Milli komanda

2:7-yə şərh: “Futbolçularımız verilən tapşırıqları dərk etmir”

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçirilmiş İsrail – Azərbaycan oyunundan sonra yığmamızın baş məşqçisi Bernhard Lippertin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq: “Bu gün bizim ifamızda futbol adına heç nə görmədik. Oyunun axarını dəyişə biləcək futbolçu tapa bilmədik. İki əsas futbolçumuz milli komandanın heyətində oynadı və bu gün onların alternativi olmadı. Sözün doğrusu, hansısa oyuna bu dərəcədə hazırlaşmağımız yadıma gəlmir. Sanki futbolçularımız verilən tapşırıqları dərk etmir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43