Dünya futbolu

28 illik həsrət bitəcəkmi ? – “Liverpul”dan ümidverici statistika

İngiltərə Premyer Liqasında son turda “Nyukasl”ı 4:0 hesabı ilə məğlub edən “Liverpul”un liderliyi davam edir. Premyer Liqada sonuncu dəfə 1989-1990-ci ildə çempion olan “qırmızılar” hazırda ən yaxın izləyicisi olan “Tottenhem”dən 6 xal öndədir.  London təmsilçisi son 5 oyundu üst-üstə qazanaraq uğurlu çıxşını davam etdirir.

“Siti” ilə çempionluq yarışdında olan Klopun yetirmələri  “şəhərlilərin” son 4 turda 3 məğlubiyyət almasından sonra zirvədə daha da möhkəmləndi.  Liverpul təmsilçisi mövsümün ilk dövrəsində 51 xal yığaraq çempiontada ən yaxşı çıxışını edib.

“Liverpul”un daha bir ümidverici statistikası isə Premyer Liqada indiyə qədər ilk dövrəni məğlubiyyətsiz başa vuran “Arsenal” (2003-04), “M.Yunayted” (2010-11) və “Siti”nin (2017-18) mövsümü çempion kimi tamamlamalarıdır.  “Qırmızılar” bu statistikaya çatan 4-cü komanda olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43