Ölkə futbolu

“Zirə”dən ayrılan futbolçu “Sumqayıt”da

“Zirə”də gözlənilən ayrılıq gerçəkləşib.

İdmanxeber.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, “qartallar” Adil Nağıyevlə vidalaşıb. Müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Adil bundan sonra karyerasını “Sumqayıt”da davam etdirəcək. O, “gənclik şəhəri” təmsilçisi ilə 1,5 illik müqavilə bağlayıb. Futbolçu “Zirə”də olduğu kimi, yeni komandasında da 5 nömrəli forma ilə çıxış edəcək. Məlumatı klubun rəsmi saytı yayıb.

Qeyd edək ki, Adilin “Sumqayıt”a keçməsindən sonra “Zirə”nin qarşı tərəfdən müdafiəçi Bəxtiyar Həsənalızadəni heyətinə qatacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43