Milli komanda

5 qol vuruldu, millimiz qalib gəldi

Monteneqroda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyununda qüvvəsini sınayıb.

İdmanxeber.com-un məlumatına görə, millimiz Monteneqronun U-19 yığması ilə qarşılaşıb və qalib gəlib – 3:2.

Bu komandalar arasında martın 17-də növbəti yoldaşlıq oyunu keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43