Ölkə futbolu

569 gündən sonra məğlubiyyət

“Simurq”la qarşılaşmalarda sonuncu dəfə 2012/13 mövsümündə uduzan “Qəbələ”nin uğurlu seriyası qırılıb.

İdmanxeber.com-un məlumatına görə, son 5 görüşdə 3 qələbə və 2 heç-heçəsi olan “qırmızı-qaralar” 569 gün əvvəl – 2013-cü il mayın 3-də zaqatalalılara məğlub olmuşdu. Həmin oyunda “Simurq” 2:0 hesabı ilə qalib gəlmişdi

Qeyd edək ki, “qırmızı-qaralar” noyabrın 29-da baş tutacaq XIV turun oyununda səfərdə “Neftçi” ilə görüşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43