Maqazin

6 futbolçu komandadan göndərildi: səbəb narkotik istifadəsi

“Ərciyəsspor”un U-16 komandasında 6 futbolçunun narkotik maddədən istifadə etməsi ortaya çıxdığından onlar komandadan kənarlaşdırılıblar.

İdmanxeber.com-un məlumatına görə, yaşlarının 18-dən az olması səbəbindən onların adı açıqlanmasa da, komandayla əlaqələri kəsilib.

“Ərciyəsspor”un prezidenti isə məlumatları təqzib edərək futbolçuların sadəcə siqaret çəkdiyini və buna görə də cəza aldıqlarını deyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43