Müsahibə

“Qarabağ”a məğlub oldu, Şaxta babadan hədiyyə istədi – MÜSAHİBƏ

"İnter"in futbolçusu Ruslan Əmircanovun idmanxeber.com saytına müsahibəsi.

– "Qarabağ"a məğlub olaraq 2013-cü ili yenilgi ilə yekunalışdırdız. Matçla bağlı nə deyərdin?

Öncədən də bizə çətin olacağını bilirdik. Təssüflər olsun ki, səhvlərimiz ucbatından qapımızda 2 qol gördük. Belə baxanda ayrı-ayrılıqda onlar çox təhlükəli hücumlar etmədilər. Bizim çoxlu yüz faizlik qol imkanlarımız oldu. Buna baxmayaraq biz yenə ümidlərimizi itirmirik. Yeni ildən sonrakı toplanışda heyətə bir neçə oyunçu gələcək və komandanın gücünə güc qatacaq. Çempionat hələ qabağdadı. Marafon uzundu. 2014-cü ildə başqa bir "İnter" görəcəksiniz.

– Bu mövsümə məğlubiyyətlə başlayıb məğlubiyyətlə ili bitirdiz. Ümumiyyətlə "İnter" daha çox autsaderlərlə oyunda qələbə qazansa da, iddialılarla oyunda bu uğuru təkrarlaya bilmir.

Elə deməzdim. Bugünkü (dünənki) oyunda "Qarabağ" topu özündə yaxşı saxlayırdı. Ancaq bizim imkanlarımız onlardan daha çox oldu.

– Komandanın qeyri-stabili çıxışı nəylə bağlıdır?

Biz möğvsümə pis başlasaq da, sonradan güc tapıb toparlandıq. Komandada məşqçi işi görünür. Biz neçə tur idi uduzmurduq. Yaxşı seriyamız var idi. Bu futboldu. Yeni ildən sonra yenə eyni uğurları təkrarlamağa çalışacağıq.

– Qarşıdan yeni 2014-cü il gəlir. Şaxta babadan nə gözləyirsən?

(gülür) Nə gözləyərəm, hədiyyə… Uzun ömür can-sağlıqı yetər. 

Səxavət

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43