Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 29-cu turun oyunları keçirilib.
İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, turun bütün oyunları bu gün baş tutub.
“Sumqayıt” evdə “Bakı”nı 3:1, “Qarabağ” isə AZAL-ı 2:0 hesabı ilə məğlub edib. “Neftçi” səfərdə “Xəzər Lənkəran”ı 1:0, “Simurq” isə “Qəbələ”ni 3:0 hesabı ilə məğlub edib.
8 aprel
Əvəzedicilərin çempionatı, 29-cu tur
“Sumqayıt” – “Bakı” – 3:1
Qollar: Pərdis Fərcad-Azad, 65 (1:0), Şahin Əliyev, 78 (2:0), Yusup Xakimov, 90-avtoqol (3:0), Qvanzan Maqamedov, 90+3 (3:1)
“Qəbələ” – “Simurq” – 0:3
Qollar: Oruc Balaşlı, 53 (0:1), Vadim Abdullayev, 83-pen (0:2), Cavad Kazımov, 90+1 (0:3)
“Qarabağ” – AZAL – 2:0
Qollar: Elçin İsmayılov, 18 (1:0), İlham Mirzəyev, 81 (2:0)
“Xəzər Lənkəran” – “Neftçi” – 0:1
Qol: Etibar Süleymanov, 68 (0:1)