Ölkə futbolu

UEFA, EPFL, FİFPro və ECA klublarımızın nümayəndələri ilə görüşüb – FOTOLAR

Bu gün UEFA, EPFL, FİFPro və ECA təşkilatlarının nümayəndələri ilə AFFA, PFL və Azərbaycan Premyer Liqasında iştirak edən klubların nümayəndələri arasında “Peşəkar futbolçu müqavilələrinə dair minimum tələblərin yerli səviyyədə tətbiqi” mövzusunda görüş keçirilib.

Görüşdə UEFA-nın nümayəndəsi Grafström Mattias, AFFA-nın Hüquq və kadrlar şöbəsinin rəisi Rəmiş Malıyev “Peşəkar futbolçularla futbol klubları arasında bağlanan müqavilələrin məzmunu ilə bağlı UEFA-nın tələbləri” mövzusunda çıxış edib, klub nümayəndələrinin sualları cavablandırıblar.

Daha sonra “Futbol sahəsində mövcud olan mübahisələrin həlli sistemi” müzakirə edilib, AFFA-da yeni yaradılmış Mübahisələrin həlli sistemi barədə məlumat verilib.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43