Ölkə futbolu

“Neftçi” azarkeşlərinə şad xəbər: pulsuz bilet imkanı

Azərbaycan Kubokunun 1/2 final mərhələsində keçiriləcək "Neftçi" – "İnter" görüşü üçün "Neftçi"nin Müşahidə Şurasının üzvü Bəhram Bağırzadə azarkeşlərə sürpriz edəcək.

İdmanxeber.com-un məlumatına görə, stadiona gələnlərə bilet hədiyyə olunacaq.

Klubun rəsmi "Facebook" səhifəsində bunu bildirib, Bağırzadə azarkeşləri "İnter"lə matçı izləməyə dəvət edib. Dəvəti qəbul edənlərin isə biletlə təmin olunacağı bildirilib.

Qeyd edək ki,  matç aprelin 13-də "Bakcell Arena"da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43