Ölkə futbolu

Müşahidə Şurasının növbəti iclası keçirilib- VİDEO

Bu gün “Sumqayıt”ın baş sponsoru olan “Azərikimya” İstehsalat Birliyinin inzibati binasında “Sumqayıt” FK-nun Müşahidə Şurasının növbəti iclası baş tutub.

Tədbirdə şuranın üzvləri Muxtar Babayev, Hacı Salayev, Vaqif Ömərov, Telman Salahov və sədr Abdulla Məmmədov iştirak edib.

Müşahidə Şurasının iclasında klubun rəhbərliyi tərəfindən üzvlərə fəaliyyətlə bağlı ümumi hesabat verilib, eyni zamanda yeni təkliflər müzakirə olunub.

Müşahidə Şurasının növbəti iclasının 2014/2015 mövsümünün sonunda baş tutması planlaşdırılır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43