“Neftçi” Premyer Liqanın II turunda “Zirə”ni qəbul edəcək.
İdmanxeber.com-un məlumatına görə, Elşən Abdullayev və Vançe Şikov bu matçda “Neftçi”yə kömək edə bilməyəcəklər.
AZAL-la matçda da zədə səbəbindən iştirak etməyən Araz Abdullayev isə “Zirə”yə qarşı forma geyinə biləcək.
Qeyd edək ki, “Neftçi” – “Zirə” matçı avqustun 14-ə saat 21:00-da start götürəcək.(Sportal)