Dünya futbolu

Ramos rekord qırdı

“Real”ın futbolçusu Serxio Ramos Avropa futbolunun tarixinə düşüb.

İdmanxeber.com-un məlumatına görə,  ispaniyalı futbolçu üç avrokubok finalında qol vuran ilk müdafiəçi olub. 

“Sevilya” ilə keçirilən superkubok görüşünün 93-cü dəqiqəsində hesabı bərabərləşdirən Ramos “Real”ı məğlubiyyətdən xilas etməklə yanaşı, həm də rekorda imza atıb.

30 yaşlı futbolçu 2014 və 2016-cı illərdə keçirilən Çempionlar Liqasının finallarında da qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43