Ölkə futbolu

Millimiz Bakıda toplanacaq

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. 

İdmanxeber.com-un məlumatına görə, komandamız avqustun 14-dən 22-ə qədər Bakıda hazırlıq keçəcək.

Toplanışa 24 futbolçu çağırılıb. Onlardan üçü ölkə xaricində çıxış edən oyunçulardı. Metin Güler və Hüseyin Seylığlı əvvəllər də millilərimizə dəvət alıbsa, Almaniyada çıxış edən Nicat Əliyev ilk dəfə yığmaya cəlb olunub: Elnur Orucov, Süleyman Süleymanov, Amin Seydiyev, Hacıağa Hacıyev, Rövlan Muradov, Elvin Dəmirov, Fərid Nəbiyev (hamısı “Qəbələ”), Nicat Süleymanov (“Qarabağ”), Yusif Cəfərov (“Kəpəz”), Fuad Bayramov (AZAL), İsmayıl İbrahimli, Emin Quliyev (hər ikisi MOİK), Qara Qarayev (“İnter”), Tural Bayramlı, Aqşin Şahmalıyev, Əli Əliyev (hamısı “Sumqayıt”), Kamran İbrahimov, Anton Krivotsyuk, Pilağa Mehdiyev, Ərziman Rizvanov (hamısı “Neftçi”), Rubin Seydiyev (klubsuz), Metin Güler, Hüseyin Seylığlı (hər ikisi “Beşiktaş”, Türkiyə), Nicat Əliyev (“Hildeşeym”, Almaniya).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43