Azərbaycanlı hakim Əliyar Ağayev növbəti uğuruna imza atıb.
İdmanxeber.com-un məlumatına görə, FIFA referisi UEFA-nın I kateqoriyasına keçib. Bu, Azərbaycan futbolunda ilk belə haldır.
29 yaşlı referi bununla da Çempionlar Liqasının qrup və pley-off oyunlarına təyinat almaq hüququ qazanıb.
Qeyd edək ki, 3 ildir FİFA referisi olan Ağayev cari mövsüm 3 dəfə Avropa Liqasının qrup oyunlarına təyinat alıb.