İdman

“Qarabağ” – “Fiorentina” matçını canlı yayımlayacaq kanallar

UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində "Qarabağ" öz meydanında "Fiorentina" ilə qarşılaşacaq.

İdmanxeber.com-un məlumatına görə, dekabrın 8-də Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək görüş canlı yayımlanacaq. Sözügedən matçı Rusiyanın "Matç! Futbol 2" kanalı canlı yayımla azarkeşlərə nümayiş etdirəcək. "Matç! Futbol 1" kanalı isə bu oyunun videoyazısını oyundan sonra tamaşaçılara təqdim edəcək.

Qarşılaşma həmçinin Türkiyə kanallarının da canlı yayımında olması gözlənilir. 

Qeyd edək ki, saat 20:00-da başlayacaq matçı ölkəmizdə "İdman Azərbaycan" kanalı canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43