Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, azarkeşlər arasında aparılan sorğuya əsasən, “Barselona”nın yarımmüdafiəçisi Arda Turan ən yaxşı oyunçu seçilib. O, səsvermədə iştirak edənlərin 58 faizini toplayıb.
Qeyd edək ki, türkiyəli futbolçu Münhenqladbax “Borussiya”sı ilə oyunda (4:0) het-trik etməklə yanaşı məhsuldar ötürmə ilə də yadda qalıb.