Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XVI tura start verilib.
İdmanxeber.com-un məlumatına görə, “Qarabağ” səfərdə AZAL-ın qonağı olub. Ağdam klubu qarşılaşmada 3:1 hesabıyla öndə olmasına baxmayaraq, üstünlüyü sona qədər qoruya bilməyib. “Təyyarəçilər” iki qol vuraraq hesabı bərabərləşdirib. Qarşılaşma 3:3 hesabıyla başa açtıb.
AZAL 3 – 3 “Qarabağ”
Qollar: Renat Aşurov, 17; Elçin İsmayılov, 61; Eltun Hüseynov, 81 // Elgün Nəbiyev, 25; Salman Cəfərov, 46; Vüqar Nadirov, 50