“Borussiya”nın futbolçusu Pyer-Emerik Obameyanq “Nike” şirkəti ilə ömürlük müqavilə imzalayıb.
İdmanxeber.com-un məlumatına görə, Dortmund təmsilçisinin üzvü buna görə 2 milyon avro qazanacaq.
Bundan başqa reklamlara görə, forvarda əlavə ödənişlər olacaq.
Qeyd edək ki, 2013-cü ildən “Borussiya”nın şərəfini qoruyan qabonlu futbolçu cari mövsüm çıxdığı 32 matçda 29 qol vurub.