Ölkə futbolu

Roman Qriqorçuk “Qəbələ”dən ayrılır?

“Qəbələ”nin  baş məşqçisi Roman Qriqorçuk Ukraynanın “Dinamo” klubunu çalışdıra bilər.

İdmanxeber.com-un məlumatına görə, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Kiyev klubunun prezidenti komandanın çalışdırıcısı Sergey Rebrovun əvəzinə 3 mütəxəssis düşünür. Baş məşqçi postuna Roman Qriqorçukla yanaşı, “Verder”in sabiq çalışdırıcısı Viktor Skripnik və Moskva “Dinamo”sunun baş məşqçisi Yuri Kalitvinstev də “Dinamo”nun siyahısındadı.

Xatırladaq ki, Roman Qriqorçukun “Qəbələ”ylə müqaviləsi mövsümün sonunda başa çatacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43