Dünya futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona “Sevilya”nın çalışdırıcısı Xorxe Sampaolinin Argentina yığmasına baş məşqçi təyin olunmasına münasibət bildirib.
Maradona bu təyinatdan heç də razı deyil:
“Sampaoli millidə çalışmaq üçün “Sevilya”dan ayrılmalıdır. Hazırkı vəziyyət məni narahat edir. Mən ona uğurlar arzulayıram. Sampaoli təcrübəli məşqçidir. O dərk etməlidir ki, Argentina Avropa deyil.
Biz istənilən halda Dünya çempionatına vəsiqə qazanmalıyıq. Argentina Rusiyadakı mundialda oynamalıdır”.