Son Fransa çempionu “Monako” hücumçusu Klim Mbappeni komandada saxlamaq niyyətindədir.
İdmanxeber.com-un məlumatına görə, Fransa təmsilçisi “Liverpul”un futbolçu üçün təklif etdiyi 75 milyon avroluq müqaviləni geri çevirib. Klub futbolçunu 100 milyon avroya satmaq niyyətindədir.
Xatırladaq ki, gənc ulduz üçün daha öncə İngiltərənin digər klubu “Mançester Yunayted” də 85 milyon avroluq təklif göndərmişdi. Lakin “Monako” “qırmızı şeytanlar”dan 120 milyon avro tələb edirdi.