"Zirə"nin Avropa Liqasında potensial rəqibi olan Rumıniyanın "Asrta" klubu yoxlama oyunu keçirib.
İdmanxeber.com-un məlumatına görə, komanda Rusiya Premyer Liqasının təmsilçisi olan "Anji" ilə qarşılaşıb. Mahaçqala təmsilçisi rumınları 2:1 hesabı ilə məğlub edib.
Xatırladaq ki, "Zirə" Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburqun "Differdanj" klubunu keçəcəyi halda "Astra" ilə qarşılaşacaq.