İdman

Donnarumma “Milan”da qalmağı seçdi

İtaliya millisinin üzvü Canluici Donnarumma qərarını dəyişib.

Gənc “çərçivə qoruyucusu” yetirməsi olduğu “Milan” klubundan ayrılmayacaq. O, bir müddət öncə “Milan”ı tərk edəcəyini desə də, bu gün qərarını dəyişdiyini bildirib.

Hazırda İtaliyanın 21 yaşlılardan ibarət millisi ilə Avropa çempionatında iştirak edən əlcək sahibi turnirdən sonra “Milan” rəhbərliyi ilə danışacağını və klubla yeni müqavilə imzalayacağını bəyan edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43