"Zirə” Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburqun “Differdanj” klubu ilə oyunlar üçün daha bir futbolçu sifariş edib.
İdmanxeber.com-un məlumatına görə, Bakı klubu yeni transferi – rumıniyalı müdafiəçi Qabriel Mateyin adını iştirak ərizəsinə salıb.
Bununla da “Zirə”nin avrokubok üçün futbolçu sayı 20-ə çatıb.
Xatırladaq ki, “Zirə” ilə 1+1 illik müqavilə imzalayan Matey yeni klubunda 14 nömrəli forma ilə çıxış edəcək.