“Neftçi” Azərbaycan Premyer Liqasının 9-cu turunda qarşılaşacağı “Kəpəz”lə oyunun hazırlığını davam etdirir.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, komanda bu gün İsmət Qayıbov adına təlim-məşq bazasında məşq keçib.
Xatırladaq ki, oktyabrın 21-də Gəncə şəhər stadionunda olacaq “Kəpəz” – “Neftçi” oyunu saat 15:00-da başlanacaq.