“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.com-un məlumatına görə, İstanbul nəhəngi son mövsümü “Ankaragücü”ndə keçirmiş Umut Nayiri transfer edib.
Klub hələlik bu transferi rəsmən açıqlamasa da, “NTV Spor” tərəflərin 4 illik müqaviləyə imza atdığını yazıb.
25 yaşlı futbolçu müqavilə ilə “Osmanlıspor”a məxsusdu. Hücumçu “Beşiktaş”da ilinə 1 milyon 750 min TL qazanacaq.
Umut geridə qalan mövsümdə “Ankaragücü”ndə 34 rəsmi matça çıxıb, 14 qola imza atıb.