Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.
İdmanxeber.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, azarkeşlər arasında keçirilən səsverməyə əsasən, “Barselona”nın hücumçusu Lionel Messi bu ada layiq görülüb.
Namizədlər arasında Xames Milner (“Liverpul”), Nabil Fekir (“Lion”) və Pol Poqba (“Mançester Yunayted”) yer almışdı.
Qeyd edək ki, Messi qrup mərhələsinin ilk turunda PSV-ə 4:0 hesabı ilə qalib gəldikləri oyunda het-trik edib