Sonq yenidən futbola qayıdıb.
Bir vaxtlar “Qalatasaray”, “Trabzonspor” və “Liverpul”un formalarını geyinən futbolçu Riqobert Sonq Kamerun U-23 millisinin baş məşqçisi təyin olunub.. 42 yaşlı çalışdırıcının komandasının qapıçı məşqçilini isə Süleymanu Hamidu edəcək.
Qeyd edək ki, sabiq futbolçu 2016-cı ildə beyninə qan sızması nəticəsində xəstəxanaya yerləşdirilmişdi. O, keçirdiyi əməliyyatdan sonra yenidən fəaliyyətini bərpa edib.