Dünya futbolu

Slovakiyalı futbolçu: “Azərbaycanı hər iki oyunda da məğlub etməliyik”

19 yaşlılardan ibarət milli komandamızın AVRO 2021 seçmə mərhələsində rəqiblərindən olan Slovakiya yığmasının kapitanı Kristinas Herts ölkə mətbuatına açıqlama edib. O, Azərbaycanı iki oyunda da məğub etmələri olduğunu vurğulayıb:

“Qrupun ən güclüsü Fransadır. Digər rəqiblər olan Azərbaycan, Gürcüstan və Lixtenşteyni həm evdə, həm də səfərdə məğlub etməliyik. İsveçrə də güclü rəqiblərdəndir. Onlarla da çox maraqlı oyunalrımız olacaq. Yəqin ki, növbəti tur üçün Fransa v İsveçrə ilə mübarizə aparacayıq”

Slovakiya millisi Azərbaycan, Fransa, İsveçrə, Gürcüstan və Listenşteynlə birlikdə 2-ci qrupda mübarizə aparacaq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43