“Zirə” baxışda olan Robin Nqalandeni transfer etdiyini rəsmən açıqlayıb.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, malavili hücumçu ilə 6 ay + 1 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, son olaraq, CAR təmsilçisi “Baroka”da çıxış edən malavali Nqalande son 6 ayda klubsuz idi. 2009-cu ildə Əlcəzairdə keçirilən Afrika Gənclər Çempionatında diqqətləri üzərinə çəkən forvard Madrid “Atletiko”su tərəfindən akademiyaya cəlb edilib. İki illik İspaniya macərasının ardından “Bidvest Vist”ə keçən oyunçu icarə əsasında CAR-ın digər klubları “Ayaks Keyp Taun” və “Platinium Starz”da da forma geyinib.