Ölkə futbolu

Frits Ştuxlik açıqladı: “Azərbaycanda VAR sistemi tətbiq ediləcək”

AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlik İctimai TV-də “Bol İdman” verilişinin qonağı olub.

Avstriyalı mütəxəssis Azərbaycanda VAR sisteminin tətbiqinin gündəmdə olduğunu deyib:

“VAR sistemiylə bağlı düşüncələrim müsbətdir.  Deməli, biz bundan yararlanmalıyıq. Baş katib Elxan Məmmədovla görüşmüşdük və bir razılığa gəldik ki, bu sistemi Azərbaycanda tətbiq etməliyik. Bizim növbəti addımımız VAR sistemini İcraiyyə Komitəsinin iclaslarında nümayiş etdirmək olacaq. Bu, əslində, asan iş deyil. 86 səhifəlik protokoldur və bunun hamısına riayət etmək lazımdır. Bu, maliyyə də tələb edir. Bunun hazırlığı üçün 9 ay zaman lazımdır. Bunu yaydan tətbiq etməyə başlasaq, tam olaraq 2020-ci ilə qədər gedir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43