Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Belarus milliləri arasında yoldaşlıq oyunu keçiriləcək.
Bakı Olimpiya stadionunun ehtiyat meydançasında keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq
Bu komandalar arasında sentyabrın 21-i saat 12:00-da Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında daha bir görüş təşkil olunacaq.
Yoxlama oyunu
19 sentyabr
17:00. Azərbaycan – Belarus