Kateqoriyasız

“Qarabağ” – APOEL oyununun biletləri nə vaxt satışa çıxır?

Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində “Qarabağ” oktyabrın 24-də APOEL-i qonaq edəcək.

İdmanxeber.az-ın məlumatına görə, Kipr klubu ilə görüşün biletləri gələn həftədən satışa çıxarılır. Çox güman ki, 15 oktyabrdan biletlər satışda olacaq.

Qeyd edək ki, Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək matç saat 20:55-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43