“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.
“Sarı-göylər” gənc yarımmüdafiəçi Baxşəli Baxşəliyev ilə güclənib. 22 yaşlı oyunçu ilə mövsümün sonuna kimi müqavilə bağlanıb.
Qeyd edək ki, Baxşəli Baxşəliyev “Sumqayıt”ın əvəzedici komandasında çıxış edib. O, əsas komandada debüt edə bilməyib.