Kateqoriyasız

“Qarabağ” 1 il sonra…

Azərbaycan Premyer Liqasının XXV turunda çempionluğu təmin edən “Qarabağ”ın evdəki qələbə seriyası qırılıb.

İdmanxeber.az PFL-ə istinadən xəbər verir ki, Ağdam klubu mövsümdə ilk dəfə öz meydanında xal itirib. Əvvəlki 10 matçın hamısında qalib gələn Qurban Qurbanovun yetirmələri “Sabah”la qarşılaşmada bir xalla kifayətlənib – 1:1.

“Qarabağ” evdə sonuncu xal itkisi ilə 364 gün öncə – 2021-ci il mayın 4-də üzləşmişdi. Həmin vaxt “Zirə” ilə görüş 1:1 başa çatıb. Ötən mövsümün son ev oyununda “Keşlə”ni (indiki “Şamaxı”) iki cavabsız qolla yenən ağdamlılar ümumilikdə ardıcıl 11 ev qələbəsi qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43